Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə xüsusi əməliyyat keçirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində maliyyə maxinasiyalarında günahlandırılan 170 nəfər həbs olunub. Onlar "Transkarqo" daşıma şirkətinin rəhbərliyi və əməkdaşlarıdır.
Saxlanılanlar arasında "Kidobani" və "Passaj" ticarət mərkəzlərinin nümayəndələri də var. Ticarət mərkəzdərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Hüquq-mühafizə orqanları hələ ki, baş verənlərlə bağlı rəsmi açıqlama yaymayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB