Əfqanıstanda 6 polis öldürülüb

Əfqanıstanda 6 polis öldürülüb

Əfqanıstanın Zabul əyalətində “Taliban” terrorçularının hücumu nəticəsində 6 polis qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 polis əməkdaşı isə xəsarət alıb. Bildirilib ki, “Taliban” terrorçularının yoxlama məntəqəsinə hücumdan sonra qarşıdurma baş verib. “Qarşıdurma 7 saat davam edib, 8 “Taliban” terrorçusu məhv edilib, 12-i yaralanıb”, - səlahiyyətli şəxslər qeyd edib.

Saatlarla davam edən qarşıdurmadan sonra terrorçular geri çəkilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə