Almaniya, Polşa və Çexiyada baş verən qasırğaya görə ağacların aşması və tikililərin dağılması nəticəsində 7 nəfər həlak olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qasırğa Almaniyada 3, Polşa və Çexiyada isə 2 nəfərin ölümü ilə nəticələnib.
Qasırğa səbəbi ilə Çexiya, Avstriya və digər qonşu ölkələrdə yüzminlərlə ev işıqsız qalıb.
Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə ABŞ-ın Hyuston şəhərindən Frankfurt-Mayna uçsa da, güclü küləyə görə Ştutqartda qəza enişi etmək məcburiyyətində qalıb.
Bundan əlavə, Almaniyanın cənubunda əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu əlaqəsi dayandırılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB