Türkiyədə son iki gündə keçirilən anti-terror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən 143 nəfər saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara, İstanbul və İzmir başda olmaqla, 8 şəhərdə genişmiqyaslı əməliyyat keçirilib. Türkiyənin Bursa şəhərində aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB