Nepalın mərkəzində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər həlak olub, 16 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Avtobus Rajbiraj şəhərindən, Nepalın paytaxtı Katmanduya gedirmiş.
Hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Şahidlərin bildirdiyinə görə, hadisə zamanı avtobusda təxminən 40 sərnişin olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB