Türkiyədə saatlar geriyə çəkiləcək

Türkiyədə saatlar geriyə çəkiləcək

Türkiyənin Nazirlər Kabineti ölkədə 2018-ci ildə saatların 1 saat geri çəkilməsi ilə bağlı qərar qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qərara əsasən gələn ilin oktyabrın 28-i, bazar günü gecə saat 04-00-da saatlar 1 saat geri çəkiləcək.

Qərarın məqsədi havanın gec qaralaması və gündüzdən daha çox istifadə etməkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə