Selin vurduğu ziyan 7 ölü

Nikaraquada leysan yağışları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Maerika ölkələrinin vitse-prezidenti Rosario Murillo açıqlayıb.

Qeyd edək ki, bundan öncə 5 nəfərin öldüyü iki nəfərin isə itkin düşdüyü deyilirdi. Hazırda itkin düşənlərin sayında da artım olduğu deyilir.

Sinoptiklərin sözlərinə görə, sel yağışları bu gün də davam edəcək

Hadisəyə səbəb kimi Sakit okenanın Nikaraqua sahillərindəki "Selma" adlı tropik fırtına göstərilir. Hazırda fırtına Salvador tərəfə hərəkət etməkdədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə