Nikaraquada yağan leysan yağışlar nəticəsində 5 nəfər ölüb, iki nəfər itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Rosario Murillo məlumat verib. Onun sözlərinə görə, fəlakət qurbanlarından 4-ü mədəndə işləyən fəhlələr olub. Ölənlərdən biri isə 15 yaşlı qız olub.
Vitse- prezident bildirib ki, ölkədə ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilib. Bəzi ərazilərdə elektriklər kəsilib. 2.7 min ev zərər çəkib, 30 tikili dağılıb, 4750 məktəbdə dərslər dayandırılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB