Ərdoğan gələn ay Yunanıstana səfər edəcək

Ərdoğan gələn ay Yunanıstana səfər edəcək

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabr-dekabr aylarında Yunanıstana səfəri gözlənilir." Bu açıqlama ilə Yunanıstan Xarici İşlər naziri Nikos Kocias çıxış edib: “Türkiyə liderinin Yunanıstana gəlməsi məsələsində razılığa gəldik. Ərdoğan dəvətimi qəbul etdi. Paytaxt Afinada prezident Prokopis Pavlopulos və Baş nazir Aleksis Çiprasla görüşlər olacaq. Səfərin dəqiq tarixi bəlli deyil”, - nazir bildirib.

Qeyd edək ki, Türkiyədə səfərdə olan yunan nazir bir sıra rəsmi görüşlər keçirib. Türkiyə tərəfi Yunanıstana sığınan FETÖ-çularla bağlı nazirə narahatlığını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə