Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib. Bu barədəTASS agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, naməlum silahlıların polis əməkdaşlarına atəş açması nəticəsində 2 asayiş keşikçisi yaralanıb. Məlumata əsasən, silahlılar sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıblar. Baş verən atışmada silahlılardan biri məhv edilib, digəri hadisə yerindən qaçıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB