Dmitri Medvedev Ermənistana niyə gəlib?

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfərə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onu hava limanında Ermənistanın baş naziri Karen Karapetyan qarşılayıb.

Səfər çərçivəsində Medvedev Ermənistan prezident Serj Sarkisyan, erməni həmkarı Karen Karapetyanla görüşəcək.

Baş nazirlərin görüşündə iqtisadi-ticari, energetika, sərmayə qoyuluşu, humanitar sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə ediləcək. Bundan başqa, hökumətlərarası bir sıra sənədlər imzalanacaq.

Dmitri Medvedev, həmçinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının İrəvanda keçiriləcək toplantısında iştirak edəcək. İclasa Rusiya, Belarus, Qazaxıstan və Qırğız Respublikasının hökumət başçıları da qatılacaq.

Toplantında vahid neft, qaz və elektrik enerjisi bazarlarının, eləcə də orta müddətli perspektivdə AİB dövlətlərinin razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi üzrə yol xəritəsinin yaradılması müzakirə ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...