Sumqayıtda keçmiş məhkum tutuldu

Sumqayıtda oğurluq və dələduzluqla məşğul olan şəxs tutulub.

SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bolməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 21-dən oktyabrın 20-dək olan müddətdə şəhər ərazisində 3 avtomobildən, 2 mağazadan, 2 evdən akkumulyator, pul, geyim əşyaları, ərzaq məhsulları, tütün məmulatı, spirtli içki, su mühərriki və velosiped oğurlamaqda, habelə 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Abbasov tutulub.

Onun ətrafında araşdırmalar davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...