ABŞ hökuməti Arakan bölgəsində insan haqlarının pozulmasına görə Myanmaya qarşı sanksiya tətbiq edə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir: “Biz Arakan bölgəsindəki vəziyyətlə əlaqədar Myanma hökumətini məsuliyyətə cəlb etmək üçün mümkün mexanizmləri və sanksiyaların tətbiqini nəzərdən keçiririk. Myanma hökuməti və silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməlidir”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB