Ermənistanda Rusiya hərbçisi intihar edib

Ermənistanda Rusiya hərbçisi intihar edib

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu digər hərbçiyə atəş açdıqdan sonra intihar edib. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 23-də Ermənistanın Alagəz poliqonunda təlimdən sonra Rusiya hərbi qulluqçusu silahı təhvil verərkən təhlükəsizlik qaydalarını pozub və avtomatdan atəş açaraq digər hərbçini qətlə yetirib. Bundan sonra özü də intihar edib. Hər iki hərbi qulluqçu müqavilə əsasında hərbi xidmətdə olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə