İraqın Baş naziri Səudiyyə Şahzadəsi ilə görüşüb

Səudiyyə Ərəbistanında səfərdə olan İraq Baş naziri Heydər Abadi vəliəhd Şahzadə Məhəmməd bin Salmanla görüşüb. SPA agentliyi bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, tərəflər regionda terrorizmə qarşı mübarizə və ikili əlaqələri müzakirə ediblər.

Qeyd edək ki, uzun illər ölkələr arasında yaşanan soyuq münasibət son dönəmlərdə hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində normallaşmağa başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...