ABŞ hədələdi: "İran ordusu İraqı tərk etməlidir"

ABŞ hədələdi: "İran ordusu İraqı tərk etməlidir"

İraqda İŞİD üzərində qələbə çalındıqdan sonra xarici ölkələrin silahlı qüvvələri, xüsusilə İran ordusu bu ölkəni tərk etməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

“Əlbəttə, orada İran Silahlı Qüvvələrinin tabeliyindəki hərbçilər var. İŞİD-ə qarşı müharibə bitdiyi zaman bu ordu qüvvələri ölkəsinə qayıtmalıdır. Bütün əcnəbi qüvvələr evlərinə qayıtmalıdır”, - ABŞ rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə