Ərdoğan hədələdi: "Bunu edənləri hər an vura bilərik"

"Bizə qarşı təcavüzkar siyasət yeridənləri hər an vura bilərik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 2023 Gənçlik Şurasında çıxışı zamanı söyləyib.

“Siz, siz olun gəncliyinizi öldürməyin. Tək bir gününüzü, saatınızı boşa sərf etməyin. Biz imanına, inancına sahib bir gənclik istəyirik. Kreslo sevdası ilə yox, xidmət eşqi ilə yola çıxmışıq. Heç vaxt gənclərdən qorxan, yerinə onları qoymaqdan çəkinənlərdən olmadıq. Bu vəzifələri sizlər davam etdirəcəksiniz”,- deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə