Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mühafizəsinin keçmiş rəhbəri Georgi Rubaşvili Kiyevdə naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Saakaşvilinin özü paylaşıb. Onun sözlərinə görə, Rubaşvilinin oğurlanmasında 8 silahlı şəxs iştirak edib. Saakaşvili Rubaşvilinin Kiyevdə yaşadığını və kafeyə gedən zaman yaxalandığını bildirib.
Qeyd edək ki, Rubaşvili Saakaşvilinin Gürcüstandakı mühafizəsinin rəhbəri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB