Kabildə qanlı terror: 30 nəfər həlak olub

Kabildə qanlı terror: 30 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində şiələrə məxsus məscid terrorçu-kamikadzenin hücumuna məruz qalıb. Interfax informasiya agentliyi xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi general-mayor Alimast Momand partlayış nəticəsində azı 30 nəfərin həlak olduğunu, 45 nəfərin isə yaralandığını bildirib.

Partlayış Kabilin qərbində yerləşən Daşti-Barçi rayonundakı imam Zaman məscidində, axşam namazı vaxtı törədilib. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə