Rusiya Barzani ilə 200 milyon dollarlıq müqavilə imzalayıb

Şimali İraqda yerləşən 5 neft blokunda kəşfiyyat-axtarış işlərinin aparılması məqsədilə Rusiyanın “Rosneft” şirkəti ilə İraq Kürd Muxtariyyəti arasında müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, imzalanan müqaviləyə görə, axtarış tədbirləri uğurlu nəticələnərsə, 2021-ci ildə neft hasilatına başlanılacaq. Bu çərçivədə kürd administrasiyasına 200 milyon dollara qədər ödəniş edilib.

Güman edilir ki, 5 blokda hazırda 670 milyon ton barrel neft ehtiyatı mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...