Portuqaliyada ölənlərin sayı 45 nəfərə çatıb

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 45 nəfərə çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə zamanı itkin düşmüş hesab edilən 7 nəfərdən 6-sı xilas olunub.

Məlumata görə, 71 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölkədə üç günlük matəm elan edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə