Pakistanın Kvetta şəhərində polis avtobusuna edilən hücum nəticəsində 4 polis və 2 dinc sakin həyatını itirib.
Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Şəhər polisinin sözlərinə görə, hadisə nəticəsində 22 nəfər yaralanıb. Bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Polisin açıqladığı məlumatda ölənlərin sayının artacağı istisna edilmir.
Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB