ABŞ Prezidenti Donald Tramp verdiyi bəyanatlarla beynəlxalq müqavilələrə əməl etməyəcəyini və heç bir öhdəlik daşımadığını nümayiş etdirir. Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin spikeri Əli Laricani söyləyib. “Görünür cənab Tramp müqavilələrə sadiq qalmamaqla yanaşı, eyni zamanda BMT-yə hörmət etmədiyini göstərir. Və bütün dövlətlərə göstərir ki, ABŞ hökuməti hər hansı bir öhdəliyə əməl etməyəcək”, - Laricani bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp müttəfiq ölkələri İranın bölgədəki stabilliyi pozmaq siyasətinə qarşı Vaşinqtonla birlikdə mübarizə aparmağa çağırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB