"Qorbaçov əlindən gələn hər şeyi edib ki, SSRİ süqut etsin"

"Mixail Qorbaçov əlindən gələn hər şeyi edib ki, SSRİ süqut etsin və ukraynalılar bunun üçün ona minnətdar olmalıdırlar." Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ukraynalı politoloq Vitali Portnikov söyləyib.

“Əgər Ukraynanın eks-prezidenti Viktor Yanukoviç məsələni tələbələrin döyülməsinə qədər gətirməsəydi, biz indi Avrasiya İttifaqının tərkibindəydik. Əgər Qorbaçov qiyamçıları müxtəlif vəzifələrə təyin etməsəydi, Baltikyanı ölkələrdə faciələr törətməsəydi, biz indiyə qədər SSRİ-nin tərkibində yaşayırdıq. Qorbaçov Ukraynanın Rusiyadan ayrılmasına yardım edən yeganə insan olub”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə