Bu gün Somalinin paytaxtı Moqadişo şəhərində baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, 15 nəfər yaralanıb. Assosiated Press agentliyi xəbər verir ki, yük maşınına yerləşdirilən partlayıcı qurğu paytaxtın Hodan rayonunda izdihamlı küçələrin birində, otelin qarşısında işə salınıb. Bundan sonra həmin ərazidə atəş səsləri eşidilib.
Yerli polisin məlumatına görə, təhlükəsizlik qüvvələri şübhə doğuran avtomobili izləyirmiş. Hədəfin məhz otel olduğu ehtimal edilir. Son illər ölkədə qeydə alınan ən böyük terror aktı kimi dəyərləndirilən partlayışın məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB