Türkiyənin Krımdan gələn gəmilərə qadağa qoyması Rusiyanı narahat edir

Türkiyənin Krımdan gələn gəmilərə qadağa qoyması Rusiyanı narahat edir

Türkiyənin Krımdan gələn gəmilərə qadağa qoyması dostcasına atılmayan bir addım kimi dəyərləndirilməlidir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç deyib. O bildirib ki, Ankaranın ABŞ-la əlaqələri soyuqlaşdıqdan sonra Türkiyə dünyada öz siyasətini yürütməyi bacaran ölkə olduğunu göstərdi:

“Lakin müəyyən süni ambisiyalar Rusiya ilə Türkiyənin Suriyadakı birgə əməliyyatlarına maneə ola bilər. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin son qərarı bizi narahat etdi. Dostcasına atılmış addım olduğunu deyə bilmərik”.

Qeyd edək ki, Türkiyə hökuməti dünən qeyri-qanuni yük daşımalarının qarşısının alınması məqsədilə Krımdan gələn gəmilərin ölkə sahillərinə yan almasını qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə