Bu gün Əfqanıstandakı koalisiya qüvvələrinə yanacaq daşıyan 20 yük maşını bir qrup silahlının hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla 4 gün ərzində Pakistanda NATO yüklərinə qarşı üçüncü hücum reallaşmış oldu. Yanacaq və digər mallar daşıyan maşın karvanına Torkham sərhəd-keçid məntəqəsinə getmək üzrə təhlükəsizliyi yaxşı qorunmayan terminalda gözləyərkən atəş açılıb.
Pakistan yaşanan son hücumda üç polisin öldüyünü açıqlayıb. Hücumun Pakistan tərəfindən müvəqqəti bağlanılan sərhəd məntəqəsinin olduğu yolda baş verdiyi bildirilir. Sərhəd məntəqəsinin müvəqqəti bağlanılması isə talibançılara fayda verib. Buna görə də ABŞ ilə Pakistan arasındakı gərginlik getdikcə artır.
ABŞ-lı səlahiyyətlilər Əfqanıstana yüklər aparıla bilən başqa yolları tapsa da, hal-hazırda istifadə olunan yolun daha ucuz və malların tez çatdırılması baxımından əlverişli olduğunu hesab edir. Ancaq keçən həftə sərhəd-keçid məntəqəsinin bağlanılmasından bu yana NATO yüklərinə üç hücum təşkil edilməsi bu yolun o qədər də əlverişli olmadığını özə çıxarıb. Pakistanın ABŞ-dakı səfiri Hüseyin Haqqanı isə sərhəd-keçid məntəqəsinin uzun müddət bağlı qalacağına inanmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB