Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, söhbət zamanı E.Makron iranlı həmkarını əmin edib ki, ABŞ-ın İranla münasibətlərə dair yeni strategiyası Avropa ölkələrinin nüvə razılaşmasını qorumaq niyyətinə təsir etməyəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, Fransa prezidenti nüvə razılaşmasını müzakirə etmək üçün Tehrana səfər etməyi planlaşdırır.
Qeyd edək ki, yaxın günlərdə Fransa xarici işlər naziri Jan-İv le Drian Tehrana səfər edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB