Suriya ordusu İŞİD-ə qarşı əməliyyat keçirib

Suriya ordusunun dəstələri Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Hatla qəsəbəsini İŞİD terrorçularından təmizləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hücum dəstələrindən birinin komandiri məlumat verib.

"Hatla strateji baxımdan mühüm rayondur. Belə ki, çayı keçmək üçün daha əlverişli məkan burada yerləşir", - deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə