Meksikada növbəti zəlzələ

Meksikanın cənub sahillərində 5.4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri əyalətin cənubunda (Oaxaca) yerləşən San Dionisio del Mar şəhərinin cənub-qərbində 9 km məsafədə, 59,5 kilometr dərinliyində qeydə alınıb.

Hələ ki, zərərçəkənlər haqqında heç bir məlumat açıqlanmır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, sentyabrda Meksikada iki güclü zəlzələ baş verib. Sentyabrın 7-də baş verən zəlzələdə 70 nəfər, 19-da baş verən zəlzələ nəticəsində isə 369 nəfər ölmüşdü.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə