Çin YUNESKO-nun fəaliyyətini dəstəkləyəcək

Çin Xalq Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) fəaliyyətini dəstəyi və onun işində fəal iştirakı davam etdirəcək. Bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çunin ABŞ və İsrailin YUNESKO-dan çıxmasına Çinin münasibəti barədə sualı cavablandırarkən deyib.

Çin XİN rəsmisi əlavə edib ki, YUNESKO-nun əsas prinsipi təhsil, elm və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı və inteqrasiyanı inkişaf etdirməkdir. O deyib: “Biz ümid edirik ki, bütün ölkələr bu amala töhfə verəcək. Çin digər ölkələr ilə bu istiqamətdə əməkdaşlıq etmək arzusundadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə