Ərdoğan Kılıçdaroğlunu "topa tutdu"

"Ölkə xaricində də Kılıçdaroğullarının sayı həddən artıq çoxdur." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlu barəsində danışarkən deyib.

“Bir tərəfdən Silahlı Qüvvələrimizin sərhəddən kənarda əməliyyatlar keçirməsinə razılaşırsan, eyni çıxışında 9 dəqiqə sonra “İdlibdə ölənlərə görə cavabdeh Ərdoğandır” deyirsən. Sən nə cahil adamsan! Belə də məntiq olar?” - Ərdoğan deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...