Türkiyə və Rusiya ZRK-nin birgə istehsalına başlayacaqlar

Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin (ZRK) birgə istehsalına başlayacaqlar. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Moskva və Ankara arasında S-400 raketlərinin əldə edilməsi məsələsində heç bir problem yoxdur.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin özünü müdafiə etmək hüququ var və heç bir ölkə rəsmi Ankaraya göstəriş verə bilməz.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə