İraqın Ənbar əyalətinin Hit şəhərində terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Terrorçu-kamikadze kafeyə girərək üzərindəki partlayıcı qurğunu işə salıb”- deyə, məlumatda bildirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə