Kataloniya hakimiyyətindən izahat tələb edilib

Kataloniya hakimiyyətindən izahat tələb edilib

İspaniya baş naziri Mariano Rahoy Kataloniya hakimiyyətindən izahat tələb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya rəhbəri Karlse Puçdemonun öncə müstəqillikdən imtinaya çağırış edərək sonradan referendum bəyannaməsini imzalaması Madridin qəzəbinə səbəb olub.

Rahoyun sözlərinə görə, əgər Kataloniya müstəqillik elan edərsə, İspaniya konstitusiyasının 155-ci maddəsinə uyğun olaraq Madrid Kataloniyanın muxtariyyət hüququnu dayandıracaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə