Meksikada həbsxanada üsyan qalxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, insident Cadereyta şəhərindəki həbsxanalardan birində gecə saatlarında başlayıb.
Bölgənin polis sözçüsü Aldo Fascinin sözlərinə görə, üsyan ayrı-ayrı kameralarda yerləşən dəstə liderlərinin toqquşması nəticəsində baş verib. O, bildirib ki, məhkumlardan 13-ü olüb, 8 nəfəri isə ağır yaralanıb.
Həbsxanadakı təhlükəsizliyi qorumaq üçün vasitələrin yetərsiz olduğunu bildirən sözçü “Cəzaçəkmə müəssisəsində 4 min məhkum, 300 nəzarətçi olsa da, məhkumları nəzarətdə saxlamaq üçün yetərincə kompleks yoxdur”,- deyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB