Türkiyədə güclü partlayış olub

Türkiyədə güclü partlayış olub

Türkiyənin İzmir əyalətində "TÜPRAŞ" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Partlayışın səbəbləri məlum deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə