Prokuror iş otağında güllələnib

Prokuror iş otağında güllələnib

Türkiyənin Antalya vilayətində prokuror iş otağında güllələnib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Korkuteli rayonunda qeydə alınıb. Prokuror Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib. İnsidentin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə