Avropa Birliyi təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır

Avropa Birliyi təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır

Ermənistan prezidenti Serj Sarkisyan Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Ermənistan-Avropa Birliyi əlaqələrinə dair məsələlərin geniş spektri müzakirə olunub.

 

Tərəflər həmçinin regional problemlər, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi barədə fikirlərini bölüşüblər. Piter Semnebi Avropa Birliyinin qoşunların təmas xəttində insidentlərin artmasından narahatlıq duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə