ABŞ İraqdan çəkilsə belə iraqlıları tərk etməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraqın şimalındakı regional rəhbərliyin lideri Məsud Bərzani, Amerika əsgərlərinin İraqı tərk etməsindən narahat olmadığını söyləyib: "Yanvar ayında Vaşinqtondaydım. Prezident Obama və köməkçisi Co Baydenlə görüşdüm. Bizi tərk etməyəcəklərinə, iraqlıların təhlükəsizliyi ilə daima maraqlanacaqlarına dair zəmanət verdilər".
Demokratlar İttifaqı Konqresinə qatılmaq üzrə Romaya gedən Bərzani, iqtisadiyyat qəzetlərindən birinə açıqlama verib. Açıqlamada kürdlərin tarixi düşməni Türkiyə ilə yaxşı əlaqəsi olduğunu söyləyən Bərzani, xüsusilə iqtisadi əlaqələrin mükəmməl olduğunu qeyd edib: "Kürdlərlə türklərin qarşılıqlı münasibətləri hamıya məlumdur. Hər nə qədər kürdlər türklərlə düşmən olsalar da mənim türklərlə çox yaxşı əlaqələrim var. Əsasən də iqtisadi əlaqələr çox inkişaf edib. Kürdüstanda olan xarici şirkətlərin çoxu türklərə məxsusdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB