İran: "Tramp administrasiyası yalnız söyüşdən anlayır"

"Amerikalılara yeni dərslər verməyin zamanı gəlib." Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Məsud Cəzairi deyib.

“Anlaşılan odur ki, Tramp administrasiyası yalnız söyüşdən anlayır və gücün dünyadakı yeni anlamını dərk etməsi üçün biraz şoka ehtiyacı var”, - Cəzairi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp SEPAH-ı terror təşkilatı adlandırıb. Tramp SEPAH-la bağlı qərarını 12 oktyabrda açıqlayacağını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...