Ayı din xadimini yeyib

Türkiyə Ərzurum vilayətinin Pazaryolu rayonundakı meşədə ayı kənd imamını parçalayaraq öldürüb. SİA-nın Hürriyet qəzetinə istinadən verdiyi xəbərə görə, Çatakbahçe kəndində yaşayan atasını görməyə gedən kəndin din xadimi 29 yaşlı Özer Bakır yaşadığı Kılıççı kəndinə qayıtmaq üçün piyada yola düşüb. Bir müddət sonra isə Özer Bakırın meşədə ayı tərəfindən parçalanmış cəsədi tapılıb.

 

Milli Parklar İdarəsinin mühəndisi Alparslan Ürüşan imamı öldürən ayının daha əvvəl də insanlara hücum etdiyini və nazirlik tərəfindən heyvanın öldürülməsi üçün izn verildiyini bildirib. Mühəndis meşədə indiyə qədər 3 ayı tapıldığını, qatil ayı müəyyən edilmədiyi üçün heç birinin vurulmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə