Şimali Koreyadan olan hakerlər Cənubi Koreyanın elektron məlumat sistemlərinə kiberhücum təşkil edərək hərbi sirləri ələ keçirib. Axar.az xəbər verir ki, ələ keçirilən sənədlərdə Şimali Koreya lideri Kim Çen İnə sui-qəsd planı da əksini tapıb. Məlumata görə, həmin elektron sənədlərin həcmi 234 geqabayt olub.
Belə ki, şimallılar tərəfindən ələ keçirilən “5015 Əməliyyat Planları” sənədində Seulun ABŞ-la birgə həyata keçirəcəyi əməliyyatların detalları, o cümlədən diktator Kim Çen İnə qarşı sui-qəsd planı yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB