Təyyarə qəzasında 4 nəfər həlak olub

Təyyarə qəzasında 4 nəfər həlak olub

Boliviyanın San Borxa şəhərinin yaxınlığında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə düşdükdən sonra partlayış baş verib və güclü yanğın başlayıb.

İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə