Moskvadakı ticarət mərkəzində güclü yanğın olub

Moskvadakı ticarət mərkəzində güclü yanğın olub

Rusiyanın paytaxtı Moskvanın “Sindika” ticarət mərkəzində baş verən güclü yanğın səbəbindən 3 min insan oradan təxliyə edilib. Bu barədə RİA məlumat yayıb. Bölgəyə giriş qadağan edilib. Yanğının söndürülməsi üçün helikopterlər əraziyə göndərilib. Yanğının səbəbinin bəlli olmadığı deyilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə