Seulun malik olduğu qrafit bombalar adlandırılan raket sistemi Şimali Koreyanın elektrik şəbəkələrini iflic vəziyyətə salmaq imkanına sahibdir. Bu barədə Cənubi Koreyanın “Yonhapnyus” agentliyi məlumat yayıb.
“Milli Müdafiə Agentliyi qrafit bombaların hazırlanması üçün lazım olan texnologiyanı əldə edib. Artıq Seul sözügedən bombaların Şimali Koreyaya qarşı istifadəsini nəzərdən keçirir. Qrafit bombalar tətbiq edilən zaman müəyyən radiusda mövcud olan elektrik sistemlərində qısaqapanma baş verir və elektrik cihazları sıradan çıxır”, - xəbərdə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB