"Bizdən istədiyinizi ala bilmək üçün əvvəlcə bizə istədiyimizi verin"
FETÖ dində də paralel quruluş yaratdı. Açıq danışaq, FETÖ artıq azğın bir təşkilata çevrilib. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İslamın əsas xəttindən kənara çıxan hər bir struktura yol açan Qərbin nə üçün onlara dəstək verməsini indi başa düşürük. FETÖ lideri Gülən hazırda Qərbdədir. FETÖ-nun Avropanın müxtəlif ölkələrində nələr təşkil etdiyini görürük. Qərb onlara niyə sığınacaq verir? Axı onlar xain, qatildirlər. Bizim məhkəmələrimizin onlar haqqında qərarları var, amma Qərb buna əməl etmir, lakin bizdən müəyyən adamları istəyir. Yox, mümkün deyil. Bizdən istədiyinizi ala bilmək üçün əvvəlcə bizə istədiyimizi verin. Məsələ bitdi!”, - Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB