Zaxarova yenə ABŞ-ı hədələdi: "Cavabınızı verəcəyik"

ABŞ-da Rusiya mətbuatına tətbiq edilən məhdudiyyətlərə rəsmi Moskva adekvat cavab verəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“ABŞ-da mövcud mexanizm bizim kanallarımıza qarşı tam gücü ilə fəaliyyət göstərir”, - XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ hökuməti Rusiyanın “Sputnik” və “Raşn Tudey” media qurumlarını qara siyahıya salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...