"Əl-Qaidə"-nin Yəməndəki 5 üzvü öldürülüb

"Əl-Qaidə"-nin Yəməndəki 5 üzvü öldürülüb

Əl-Qaidə terror qruplaşmasının Yəməndəki beş üzvü məhv edilib. Bu barədə məlumatı "Röyters" agentliyi verib. Məlumatda görə, Raqvan ərazisi yaxınlığında pilotsuz təyyarə vasitəsilə terrorçulara aid avtomobil vurulub. Yanan avtomobilin içərisində olan cəsədlər tanınmaz hala düşüb.

Qeyd edək ki, bu münaqişə hökumət tərəfdarları ilə üsyançı-şiə birləşmələri arasında 2014-ci ilin avqust ayından etibarən davam edir. 2015-ci ilin martından isə münaqişəyə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri də daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə