İraq XİN Türkiyə və İrana müraciət edib

İraq XİN Türkiyə və İrana müraciət edib

İraq Xarici İşlər Nazirliyi Türkiyə və İrana müraciət edərək, İraq Kürd Muxtariyyəti ilə sərhədlərini bağlamasını istəyib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq XİN-in rəsmi nümayəndəsi Əhməd Məhcub söyləyib. Onun sözlərinə görə, Bağdad həmçinin hər iki ölkədən kürdlərlə ticarət əməliyyatlarını dayandırmasını da xahiş edib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində sentyabrın 25-də müstəqillik referendumu keçirilib. Referendumu heç bir ölkə tanımayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə